Ukrayna ilə müharibə dövründə Putinin səfər etdiyi ölkələr - ARAŞDIRMA

DÜNYA
21:31 / 14.09.2023
627

Bildiyiniz kimi, ötən gün Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen In və Rusiya Prezidenti Vladimir Putin arsında görüş keçirilib.

Bundan sonra isə Kim Çen In Putini öz ölkəsinə səfərə dəvət edib.

Bundan öncə Türkiyə prezidento Rəcəb Tayip Ərdoğan da Putini ölkəsinə səfərə dəvət etmişdi. Lakin Putin bu səfəri hələ də gerçəkləşdirməyib.

Ümumiyyətlə, ötən ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən sonra Putin azsaylı ölkələrə səfərə yollanıb.

Bəs həmin ölkələr hansılardır?

Hit.az həmin ölkələri təqdim edir:

*28 iyun 2022 Vladimir Putin Tacikistana işgüzar səfər edib. Səfər zamanı respublika Prezidenti Emoməli Rəhmonla təkbətək görüş keçirilib.

*19 iyulda Putin İranda səfərdə olub.

O, Suriya üzrə Astana prosesinin qarant ölkələrinin sammitində iştirak edib.

Eyni zamanda o, İranın ali rəhbəri Əli Xamenei ilə görüş keçirib.

*15 sentyabr 2022-ci il tarixində Putin Özbəkistanın Səmərqənd şəhərinə səfər edib.

Vladimir Putin səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 15-16 sentyabr tarixlərində baş tutacaq sammitində iştirak edib.

Qeyd edək ki, Vladimir Putin ŞƏT sammitində son üç il ərzində ilk dəfə olaraq şəxsən iştirak edib.  

*9 dekabr Rusiya prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi İttifaqının (Aİİİ) iclasında iştirak etmək üçün Qırğızıstana gedib.

İclas iştirakçıları ümumi qaz bazarının formalaşdırılması, energetika sektorunda idarələrarası şuranın yaradılması, Aİİ məkanında inteqrasiyanın daha da dərinləşdirilməsi və vahid xidmətlər bazarının inkişafı məsələlərini müzakirə edib.

*19 dekabr tarixində Putin Belarusun paytaxtı Minskə birgünlük işgüzar səfərə gedib.

O, Belarus dövlət başçısı Aleksandr Lukaşenko ilə danışıqlar aparıb.

Bildirilib ki, V.Putin 2019-cu ilin iyunundan bəri ilk dəfə Belarusa gedib.

Aynur Əli

0