40 yaşlı Səbinə evində döyülərək öldürüldü - VİDEO

HADİSƏ
09:35 / 15.09.2023
795

Abşeron rayonunun Masazır qəsəbəsində evdə qadın meyiti tapılıb. Onun üzərində zorakılıq əlamətləri olub.

Ötən gün axşam saatlarında 40 yaşlı Səbinə Rzayevanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması barədə məlumat daxil olan kimi polis hərəkətə keçib.

Mərhumun atası Cavad Rzayev "Xəzər Xəbər"ə bildirib ki, qızı ailə qurduqdan 6 ay sonra boşanıb və ərindən 1 oğlu dünyaya gəlib. Lakin çox keçmədən qızı Bakıda bir oğlanla tanış olub. Onun döyülərək öldürüldüyü iddia olunur.

DİN-dən verilən məlumata görə, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş qadına qarşı cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

0