Koronavirusun "Eris" variantı Azərbaycanda da yayılıb - Ekspert

ÖLKƏ
13:55 / 15.09.2023
575

Türkiyədə koronavirusun "Eris" variantı 9 nəfərdə aşkarlanıb. Bir çox ölkələrdə bu varianta rast gəlinir.

Maraqlıdır, ölkəmizdə də bu "Eris" variantı yayıla bilərmi?

Bu barədə tibb məsələləri üzrə ekspert Rasif Bağırov Hit.az-a açıqlama verib. O bildirib ki, ölkəmizdə bu xəstəliyə yoluxanlar var:

"Biz bu virusa ölkəmizdə rast gəlirik. Yanvar ayından bu günə qədər soyuqdəymə, qrip halı ilə bağlı xəstələr müraciət edir. Həmin xəstələrdə məhz həmin virusun olduğunu hiss edirik. Baxırıq ki, xəstələrdə müşahidə elədiyimiz o proses bizim əvvəllər rast gəlmədiyimiz soyuqdəymədir. Yəni, bizə tanış olmayan xəstəlik halıdır. Düzdür, müalicə edirik, müalicə ilə sağalır. Pis xüsusiyyəti ondan ibarətdir ki, xəstələri uzun müddət aldadır. Xəstə sağalır, amma sağalsa da, hər hansı daxili orqana təsir edir. Sadəcə həkim bilməlidir ki, bu qripdir, ya koronavirus. Analiz verəndə görürsən ki, xəstənin bədənində iltihabi proses var. Hər xəstəliyi də buna görə qrip adlandırmaq olmaz".

Aynur Əli

0