Santa Kruzdakı Kaliforniya Universitetinin amerikalı alimləri itlərlə ünsiyyətin insan psixikasına faydasına dair yeni sübutlar tapıblar.
HİT.az xəbər verir ki, bu barədə məqalə "Emotion" elmi jurnalında dərc olunub.
Mütəxəssislər 25-77 yaş arasında olan 73 ev heyvanı sahibini seçiblər. Təcrübə iştirakçıların performansının ölçülməsi, onlarla müsahibənin aparılması və könüllülərdə stress yaratmalı olan tapşırığın yerinə yetirilməsi daxil olmaqla bir neçə mərhələdə baş tutub.
Tədqiqatçılar müəyyən ediblər ki, stresli tapşırıqları yerinə yetirdikdən sonra itləri ilə ünsiyyətdə olan iştirakçılar emosional rifahlarında əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə ediblər.
Xüsusilə, bir ev heyvanı ilə qarşılıqlı əlaqə könüllülərə ev heyvanları ilə əlaqə saxlamağa icazə verilməyən iki nəzarət qrupu ilə müqayisədə əhval-ruhiyyələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa və narahatlığı aradan qaldırmağa kömək edib.
Tədqiqatın həmmüəllifi Hannah Raila "Kədərləndiyiniz zaman itinizlə vaxt keçirmək digər fəaliyyətlərdən daha rahat ola bilər" deyib.
Samir