Bayden əmlak bazarındakı vəziyyətinə görə seçici dəstəyini itirə bilər

DÜNYA
17:19 / 18.09.2023
492

ABŞ-ın daşınmaz əmlak bazarındakı böhran ölkənin hazırkı prezidenti Co Baydeni seçicilərin əhəmiyyətli hissəsinin dəstəyindən məhrum edə bilər. 

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Nəşrin məlumatına görə, ABŞ-da ipoteka faizləri 2000-ci ildən bəri ən yüksək səviyyədədir. Bu inkişafa görə daşınmaz əmlak bazarı ev alqı-satqı əməliyyatlarının rekord sayda aşağı düşüb. 2023-cü ildə icarə qiyməti də rekord səviyyəyə doğru irəliləyir.

"Bloomberg"ə müsahibə verən ekspertlərin fikrincə, böhran Co Baydenin qarşıdan gələn seçkilərdə zəiufləməsinə səbəb ola bilər. Söhbət mənzil almağa imkanı olmayan gənc amerikalılar arasında dəstəkdən gedir.

“Bu, Amerika arzusunun əlçatmaz olması və orta təbəqə üçün Amerika arzusunu vəd edən Demokratlar Partiyasının iflasa uğraması hissini yaradır...", deyə Braun Universitetinin politologiya üzrə professoru Uendi Şkiller "Bloomberg"ə bildirib.

Qeyd edilir ki, Baydenin dəstəyi ilk növbədə Demokratlar Partiyasının açıq üstünlüyə malik olmadığı ştatlarda azala bilər. Söhbət Viskonsin, Filadelfiya, Pensilvaniyadan gedir.

Samir

0