Gələn həftə Latviyada yaşayan 3,6 minə yaxın rusiyalı üç ay ərzində ölkəni tərk etmək zərurəti barədə bildiriş alacaq.
HİT.az xəbər verir ki, bu barədə Latviya Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin nümayəndəsi Maira Rouz bildirib.
Bu qərar yaşayış icazəsini yeniləmək üçün Latviya dili imtahanına yazılmayan ruslara təsir edəcək.
"İmtahanda keçməyən və ərizə təqdim etməyənlərə gələn həftə bildiriş göndəriləcək ki, onların sayı təxminən 3600 nəfər olacaq. Həmin şəxslər Latviyanı tərk etməli olacaqlar", deyə Maira Rouz TV3-ə bildirib.
Onun sözlərinə görə, test imtahanı üçün müraciət etməyənlər, o cümlədən müraciət edib imtahana gəlməyənlər ölkəni tərk etməli olacaqlar.
İmmiqrasiya qanununa əsasən, 2022-ci ilin sentyabrında ruslara verilən yaşayış icazələrinin müddəti 2023-cü il sentyabrın 1-də başa çatır. Latviyada daha sonra yaşamaq üçün onlar Avropa İttifaqının daimi sakini statusu almalıdırlar, bunun üçün A2 səviyyəsində dil biliklərini təsdiqləməlidirlər.
Samir