“Bizm Market” məhkəməyə verilib.
Hit.az xəbər verir ki, iddiaçı “Mars Overseas Baku LTD” MMC-dir.
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
“Bizm Market” MMC-nin Bakıda onlarla eyni adlı mağazası fəaliyyət göstərir. Şirkətin sahibi iş adamı Rasim Salmanov olub. Mediada gedən məlumatlara görə, o, ötən il şirkəti satıb.
Anar