Lənkəran Teatrı bu mövsüm hansı əsərləri nümayiş etdirəcək?

MƏDƏNİYYƏT
19:42 / 18.09.2023
607

Lənkəran Dövlət Dram Teatrı 133-cü mövsümündə müraciət edəcəyi əsəslərin adlarını açıqlayıb.

Bu barədə Hit.az-a açıqlamasında teatrın bədii hissə müdiri Ağaddin Babayev məlumat verib. 

Onun sözlərinə görə, teatr Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Qəşəm Nəcəfzadənin “İki 23 arasında” tamaşasına quruluş verəcək. Tamaşa Emil Əskərovun quruluşunda təqdim olunacaq:

“Teatr bundan əlavə Çingiz Aytmatovun “Cəmilə” əsərinə müraciət edib. Tamaşanın rejissoru İmran Əli Qurbanlıdır. Rejissor Bakıdan dəvət olunub. Piter Turinin “Bu da axırı” mono-tamaşasının isə rejissoru Abdulla Elşadlıdır. Təranə Vahidin “Mən toz dənəsiyəm” mono-tamaşası da teatrın rejissoru Emil Əsgərovun quruluşunuda hazırlanır”.

Ağaddin Babayev bildirib ki, 4 əsərin hər biri yeni ilə kimi tamaşaçıların ixtiyarında olacaq.

Azra

0