Laçında ağır qəza: Dövlət qurumunun 2 əməkdaşı həlak oldu

HADİSƏ
09:59 / 19.09.2023
776

Sentyabrın 19-da saat 09.00 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan HİT.az-a bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

0