"Gürcüstan hakimiyyəti ölkənin və xalqının maraqlarından imtina etmək fikrində deyil".
HİT.az xəbər verir ki, bunu hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
O, respublikanın Dövlət Təhlükəsizliyi Xidmətindən Ukraynanın “Avromaydan”ına bənzər ölkədə hökumət əleyhinə aksiyaların keçirilməsinin planlaşdırıldığı barədə məlumatı belə cavablandırıb.
“Ölkəni gərginlik və xaosa salmaq cəhdi həmişə var. Bir şey aydındır ki, indiki hakimiyyət bəziləri üçün qəbuledilməzdir, çünki bu gün Gürcüstanda ölkənin və əhalinin mənafeyindən əl çəkəcək, başqa bir konkret ölkənin maraqlarını əhalinin hesabına həyata keçirəcək hakimiyyət yoxdur. Biz heç kimə ölkəmizin əhalisini ət kimi istifadə etmək hüququ və imkanı verməyəcəyik”, deyə Kaladze qeyd edib.
O əlavə edib ki, Gürcüstan satılmır, bunu dövlət daxilində və xaricində bütün qüvvələr üçün xatırlatmağa dəyər. Kaladze vurğulayıb ki, hər hansı iğtişaş və ya inqilab təşkil etmək cəhdi dövlətdən cavab alacaq.
Samir