Kvebek Universitetinin kanadalı alimləri iş şəraitinin ürək sağlamlığına təsirini araşdırıblar.
HİT.az-ın məlumatına görə, tədqiqat "Circulation Cardiovascular Quality and Outcomes" (CCQO) elmi jurnalında dərc olunub.
Onlar belə nəticəyə gəliblər ki, stresli vəziyyətlər və görülən iş üçün aşağı mükafatların birləşməsi kişilər arasında ürək-damar xəstəlikləri riskini 49% artırır.
Araşdırmanın aparıcı müəllifi Matilde Lavigne-Robiçaud "İnsanların işdə sərf etdikləri vaxtın əhəmiyyətli miqdarını nəzərə alsaq, iş stresləri ilə ürək-damar sağlamlığı arasındakı əlaqəni anlamaq ictimai sağlamlıq və işçilərin rifahı üçün vacibdir", deyib.
Tədqiqatçılar iki psixososial stress faktorunu müəyyən etdilər: iş stresi və və alınan mükafat arasında balanssızlıq.
Alimlərin fikrincə, gərginlik işçilərə qarşı yüksək tələblər, sıx müddətlər və çoxsaylı məsuliyyətlər, həmçinin işçilər üçün qərarların qəbulunda səsin olmamasından ibarətdir. Qeyri-kafi mükafat yalnız aşağı maaş deyil, həm də tanınma və ya iş təhlükəsizliyinin olmaması ola bilər.
Mütəxəssislər belə nəticəyə gəliblər ki, iş stresinin təsiri və iş nəticələrinin ədalətli qiymətləndirilməməsi kişilərin ürək sağlamlığına təsir edir.
Eyni zamanda, tədqiqatçılar qadınlarda iş stresi ilə ürək-damar xəstəlikləri arasında oxşar əlaqə qurmayıblar.
Samir