"Qalatasaray"dan "Qarabağ"a təklif gəldi - Onu bizə verin, müqavilə bağlayaq

İDMAN
23:18 / 20.09.2023
754

«Qalatasaray» «Qarabağ»ın yeniyetmə qapıçısı Bilal Hacıyevə elçi düşüb. 

İstanbul nəhənginin təmsilçiləri 15 yaşlı kiperlə bağlı Azərbaycandan olan həmkarları ilə əlaqə saxlayıb.

«Aslanlar» Hacıyevi öz akademiyalarına qəbul etmək və uzunmüddətli müqavilə bağlamaq istədiklərini bildiriblər.

«Sarı-qırmızılar» onu “Kartepe Cup” turnirində bəyənib. Kocaelidə keçirilən yarışan Ağdam komandası (U-15) finalda “Hisareyn Spor Green” ilə qarşılaşıb. 5:0 hesabı ilə qalib gələn Rakif Əliyevin kollektivi qalib olub.

Həlledici qarşılaşmada qolları Polad Hüseynov, Səid Nueiyev, Əli Bəşirov, Hüseyn Bayramov və Riad Qaradağlı vurublar. Qapıçı Bilal Hacıyev isə komandamızı penaltidən xilas edib.

Sonuncunun «Qarabağ»ın futbol akademiyasının yeni koordinatoru Aftandil Hacıyevin oğlu olmasını bildirək./Sportinfo.az

0