İsveçrə Qidalanma və Sağlamlıq Fondunun alimləri müəyyən ediblər ki, D vitaminilə ürək-damar xəstəlikləri riskinin azalmasını əlaqələndirən heç bir inandırıcı dəlil yoxdur.
HİT.az bu barədə "Nutrients" jurnalına istinadən xəbər verir.
Yeni tədqiqatda Lozanna şəhərindən 35-75 yaş arasında olan 5684 sağlam isveçrəli iştirak edib. İştirakçılardan anketləri doldurmaq, müxtəlif ölçmələr üçün qan nümunələri təqdim etmək və tibbi müayinədən keçmək tələb olunub. İlk məlumatlar 2003-cü ildə toplanıb, sonuncu mərhələ isə 2021-ci ildə tamamlanıb.
İştirakçıların 1/3-də kifayət qədər D vitamini səviyyəsi olmayıb və yarısından çoxunda daha az ciddi çatışmazlıq olub. Yüksək D vitamini səviyyələri ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmayıb və ya xəstənin sağlamlıq səviyyəsini yaxşılaşdırmayıb. Alimlər D vitamini ilə miokard infarktı və insult kimi ürək əzələsinə zərər verə bilən ürək-damar hadisələri arasında əlaqə ilə bağlı ziddiyyətli sübutlar əldə ediblər.
Yüksək keyfiyyətli tədqiqatların son meta-analizinin müəllifləri eyni nəticəyə gəlib: Vitamin D ürək-damar xəstəliklərinin tezliyinə və ya xəstələrin sağ qalmasına təsir göstərmir, lakin ürək-damar hadisələri riskini azalda bilər.
Samir