Alimlərdən kənd təsərrüfatı üçün çox önəmli kəşf

MARAQLI
23:07 / 22.09.2023
467

San Dieqodakı Kaliforniya Universitetinin amerikalı alimləri torpağın dərinliklərində kök salmış zərərvericilərə çata bilən bitki virusları əsasında nanohissəciklər hazırlayıblar. 

Hit.az bu barədə “Nano Letters” elmi jurnalına istinadən xəbər verir.

Kəşf bitkilərin kök zonalarına hücum edən parazit nematodlarla effektiv mübarizə aparmalı, həmçinin zəhərli kimyəvi maddələrdən istifadə xərclərini minimuma endirməlidir.

Nematodlar adətən pestisidlərlə zəhərlənir, lakin bu maddələr adətən torpağın yuxarı qatlarında qalır və köklərə çatmaqda çətinlik çəkirlər. Bu səbəbdən fermerlər torpağı və qrunt sularını zəhərləyən külli miqdarda pestisidlərdən istifadə etməli olurlar.

Kaliforniyalı tədqiqatçıların kəşfi nanohissəcikləri pestisid molekullarını istənilən dərinliyə çatdıra bilir və parazitlərə təsir göstərir. Bu, nanohissəciklərin dərmanların məqsədyönlü istifadəsi üçün də istifadə olunduğu tibbdəki kəşflərdən ilhamlanıb.

Pestisidlərin daşınması üçün əsas torpağa asanlıqla nüfuz edən tütün mozaika virusudur. Alimlər hissəcikləri bitkilər üçün təhlükəsiz etmək məqsədilə dəyişdirib və sonra pestisid məhlulları ilə qarışdırıblar. Laboratoriya şəraitində viral preparat nematodların ən azı yarısını məhv etdi.

Samir

0