Alimlər 27 sevgi növü tapıb - İlginc araşdırma

MARAQLI
22:09 / 22.09.2023
782

Aalto Universitetinin fin alimləri sevginin 27 növünü müəyyən etdikləri araşdırma aparıblar. Məlum olub ki, sevginin əksər növləri beyində yaranır, lakin bəzilərini bədənin müxtəlif yerlərində hiss etmək olar. 

Hit.az xəbər verir ki, bu barədə məqalə "Taylor & Francis" jurnalında dərc edilib.

Tədqiqatçılar bir neçə yüz finlandiyalı könüllü arasında onlayn sorğu keçirərək, onlardan 27 növ sevgidən hər hansı birini yaşadıqları zaman bədənlərində necə hiss etdiklərini təsvir etmələrini xahiş ediblər: valideyn sevgisi, Allah sevgisi, romantik sevgi, cinsi sevgi, dost sevgisi, yadlara sevgi, təbiətə sevgi, özünə sevgi və s. Daha sonra iştirakçılardan insan bədəninin interaktiv siluetini duyğularına uyğun rəngləndirmələri istənilib. Məlum olub ki, ananın övladına məhəbbəti qəlbində, romantik və ehtiraslı sevgi bütün bədəndə, Allah və ata-ana sevgisi isə yalnız beyində hiss olunur.

İştirakçılar sevginin 27 növünün hər birini öz başlarında hiss etdiklərini də bölüşüblər. Lakin ən güclü növlər, romantik və cinsi sevgi bütün bədənə yayılır.

Samir

0