Bakıda sərnişin avtobusu \"Kamaz\"la toqquşdu - Ölən var

09:39 / 22.09.2023
693

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

HİT.az Report-a istinadən xəbər verir ki, 40 saylı sərnişin avtobusu hərəkətdə olarkən "KamAZ” markalı avtomobillə toqquşub. 

Nəticədə avtobusda olan sərnişin, 1966-cı il təvəllüdlü Əliyeva Adikə İsa qızı aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Hadisənin təfərrüatı araşdırılır. 

0