"Bakı Qarabağ separatçılarına mümkün amnistiyanı nəzərdən keçirir”

SİYASƏT
12:06 / 22.09.2023
583

“Bəzi hərbi birləşmələr müqavimət göstərməkdə davam edəcəklərini bildirsələr də, Bakı silahı yerə qoyan Qarabağ separatçılarına mümkün amnistiyanı nəzərdən keçirir”.

HİT.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters” agentliyinə açıqlamasında deyib.

“Hətta keçmiş hərbi qulluqçulara və komandirlərə - əgər onları belə təsnif etmək mümkündürsə - onlar üçün də amnistiyanı nəzərdən keçiririk və ya təklif edə bilərik”,- o bildirib.

H.Hacıyev qeyd edib ki, hazırda bəzi ayrı-ayrı hərbi qruplaşmalar və komandirlər Bakının şərtlərini qəbul etməyəcəklərini və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan ediblər.

Prezidentinin köməkçisi əlavə edib ki, Qarabağın erməni əhalisi humanitar yardım istəyib. Onun sözlərinə görə, ərzaq və zəruri ləvazimatlar cümə günü əraziyə çatdırılacaq.

O vurğulayıb ki, Azərbaycan Qarabağın erməni sakinlərinin sülh yolu ilə reinteqrasiyasını istəyir.

0