Manat bahalaşacaq? - AÇIQLAMA

İQTİSADİYYAT
14:36 / 22.09.2023
738

Uzun müddətdir Azərbaycan manatının məzənnəsi dəyişməz olaraq qalır.

Milli valyutamızın xüsusi ilə ABŞ dollarına qarşı dəyəri qorunub saxlanıla bilir. Bunun nəticəsində dünyada gedən kəskin inflyasiyalara rəğmən manatın məzənnəsini sabit saxlamaq mümkün oldu. 

Bəs uzun müddətdir manatın məzənnəsinin sabit saxlanılması fonunda yaxın gələcəkdə milli valyutamızın dəyərinin artmasını görə bilərik? Konkret olaraq, manatın bahalaşması gözlənilir?

Bununla bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, manatın məzənnəsi Mərkəzi Bank tərəfindən dollara pərçim edilib:

334264

"Demək olar ki, faktiki ölkədə sabit məzənnə siyasəti həyata keçirilir. Ona görə də manatın ucuzlaşması və ya bahalaşmasının iqtisadi əsasından danışmağımız mümkün deyil. Bu ancaq Mərkəzi Bankın nə vaxtsa verəcəyi qərardan asılıdır. Eyni  zamanda, düşünürəm ki, Mərkəzi Bank belə bir qərar vermək istəsə belə hazırkı şəritdə manatın rəsmi məzənnəsinin yüksəldilməsi üçün ciddi bir əsas yoxdur".

Ekspert vurğulayıb ki, manat dollara pərçim edildiyindən dolların digər valyutalar qarşısında məzənnəsinin artıb-azalması, manatın da həmin valyutalar qarşısında məzənnəsinin artıb-azalmasına gətirib çıxarır:

"Bu mənada məsələn, manat avro qarşısında bəzən dəyər qazana bilir. Amma söhbət dollara görə məzənnədən gedirsə, bunun üçün yuxarıda dediklərim əsasdır".

Pərviz

0