"Xankəndinə gedib, torpağı öpüb gözümə qoyacağam"  - Fəxrəddin Manafov

MƏDƏNİYYƏT
20:03 / 22.09.2023
793

"O gün bütün gecəni sabaha qədər nə televizorun, nə də internetin qarşısından ayrıla bildim. Çünki bu həyatı vacib an idi. Bu, 44 günlük, müzəffər günümüzün nəticəsidir. Ən vacibi də odur ki, Xankəndi şəhərində dünyaya gəlmişəm, gözümü açmışam. Bu, mənim, bütün Azərbaycan, dünya azərbaycanlıları və türk milləti üçün çox böyük sevindirici andır. Bu qədər sevinmək isə yəqin ki, hər bir insanın taleyinə düşmür".

HİT.az xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov "Sabahın xeyir, Azərbaycan" proqramında deyib. Aktyor tək arzusunun Xankəndinə getmək olduğunu deyib:  

"Xoşbəxt" sözünün hətta aciz olduğunu görürəm. Bu ifadəmə görə isə üzr istəyirəm, çünki sevincimin həddi-hüdudu yoxdur. Çox xoşbəxtəm. Xoşbəxtəm ki, 68 yaşımda baş verənlərin və halların şahidiyəm. Xoşbəxtəm ki, dünya miqyasında tanınan çox hörmətli, müzəffər Ali Baş Komandanımız var. Xoşbəxtəm ki, belə güclü ordumuz və arxamızda böyük bir Türkiyə var. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda çıxışı zamanı əlini qaldıraraq “Qarabağ Azərbaycan torpağıdır” ifadəsini demişdi. Beləcə, bütün dünyaya car çəkib deməsi zamanı evdə ayağa qalxmış vəziyyətdə idim... Əlbətdə ki, çox gözəl gündür. Amma bu qara xislətli...

Onlara bilmirəm heç necə müraciət edim, bu qara xislətlilər... Cənab Ali Baş Komandanımız və ordumuz nəhayət onlara, o qara xislətlilərə ağ bayrağı qaldırtdılar. Ümidvaram ki, o qara xislətli insanlar da, əgər insandırlarsa, nəhayət o qara düşüncələrini ağa çevirərlər. Çevirməsələr də çevirtdirərlər... Eybi yox. Onları anlatmaq sona qədər də anladılacaq, buna mən və bütün Azərbaycan əmindir. Çünki bizim dövlətimizin başında Cənab Prezident və onun siyasəti dayanıb. 

Şuşada və Füzulidə oldum. İnşallah, o günü gözləyirəm ki, nəhayət doğulduğum o Xankəndinə də gəlib, oradan aşağı düşüb Həsənabad kəndində o torpaqlarımızı (kövrəlir) öpüb, gözümə qoyacağam". 

0