"Kim nə deyir desin, oxumaq istəyirəm"

MAQAZİN
23:46 / 22.09.2023
608

Müğənni Fədayə Laçın paylaşımlarını tənqid edənlərə cavab verib. 

Axşam.az xəbər verir ki, sənətçi dərdini oxumaqla çatdırdığını vurğulayaraq, bunları yazıb:

"Kim nə deyir desin, oxumağım tökülür. Dərdimi də, sözümü də səsimlə, oxuyaraq çatdırıram. Ağlamıram, oxuyuram. İndi yazacaqlar ki, biz bu dərddə ikən Fədayə oxumaq istəyir. Anlamırlar axı... Anlamazlar...".

Sənətçi daha sonra "Ananın səsi" mahnısını ifa etdiyi videonu yayımlayıb.

0