Soyuqdəymə xroniki və hər kəsin zaman-zaman yoluxduğu bir xəstəlikdir. Soyuqdəyməni aradan qaldırmağın ən yaxşı yollarından biri istirahət olsa da, müəyyən qidalardan uzaq durmaqla xəstəlikdən daha asan sağala bilərsiniz.
Hit.az həmin qidaların siyahısını təqdom edir:
Təmizlənmiş karbohidratlar
Təmizlənmiş karbohidratlar sürətlə şəkərə çevrildiyi üçün şəkərinizi qəfil yüksəldir və sizi xəstəliklə mübarizədə zəiflədir. Xəstə olduğunuz zaman bu kimi qidalardan uzaq durmalı və pəhrizinizə diqqət etməlisiniz.
Meyvə şirələri
Əgər xəstə olduğunuz zaman mədənizi sakitləşdirmək istəyirsinizsə, meyvə suyu əvəzinə zəncəfil çayı içə bilərsiniz. Bol su istehlak etməyiniz də çox vacibdir.
Süd və süd məhsulları
Bəzi insanlarda süd məhsullarının qəbulu səbəbindən boğazda selikli qişanın qalınlaşması baş verə bilər. Əgər xəstə olduğunuz zaman süd məhsulları istehlak etdiyiniz zaman bu hissi yaşayırsınızsa, süd məhsullarının istehlakını dayandıra bilərsiniz. Lakin hər hansı qıcıqlanma hids etmirsinizə, istehlak edə bilərsiniz. Süd məhsulları həm zülal mənbəyidir, həm də tərkibindəki D vitamini infeksiya ilə mübarizədə mühüm rol oynayır.
Aynur Əli