Əməkdar artist, mərhum Baloğlan Əşrəfovun xatirəsi anılacaq.
Bu barədə Hit.az-a onun oğlu Elşən Əşrəfov məlumat verib.
Sənətçinin oğlu bildirib ki, həmişəki kimi müğənninin qəbri ziyarət olunacaq:
“Oktyabrın 8-də Baloğlan müəllimin ad günüdür. Biz ailə olaraq onu ziyarət edirik. Amma sənət dostları da onu unutmur. Onlardan Ağadadaş Ağayev, Manaf Ağayev, Nazənin, aktyor Rəhman Rəhmanov onu yad edir”.
Elşən Əşrəfov qeyd edib ki, Baloğlan Əşrəfovun rəhbərlik etdiyi “Şəhriyar” ansambılı yenə fəaliyyət göstərir:
“Mən də həmin ansambıldayam, musiqiçiyəm. İfaçılar İlqar Tağıyev və Rəşad Nəcəflidir. Onlar Baloğlan müəllimin repertuarında olan mahnıları ifa edir”.
Elşən Əşrəfov Balöğlan Əşrəfovun bu il 3 nəvəsinin ali məktəbə daxil olduğunu vurğulayıb:
“Kaş ki, atam sağ olub və bu günü görəydi”.
Azra