Türkiyəli sabiq hakim, məşhur futbol eksperti Əhməd Çakar növbəti dəfə açıqlaması ilə gündəmi zəbt edib.
HİT.az xəbər verir ki, o, "Bəyaz Futbol" proqramında əlinə bir kasetin (CD) keçdiyini deyib.
Əhməd Çakar deyib ki, sözügedən kasetdə 3 nəfərin söhbəti əks olunub:
"Həmin 3 nəfərin kim olduğuna əmin deyiləm. Çünki səslər bir-birinə bənzəyir. Hələ incələməyə verməmişəm, amma çox çətin bir işdir. Onların danışığı dinlənilirmiş. Əgər o videonu açıqlamasam, liqa bitməz".
Qeyd edək ki, Əhməd Çakar daha öncə də bu mövsüm hansı komandanın çempion olacağının müəyyən olduğunu iddia edib.
Pərviz