Hamımız psixoloji sağlamlığımızı qorumaq və həyatımız boyu zehni performansımızı ən yüksək səviyyədə saxlamaq istəyirik. Daimi idman etmək, nizamlı yuxu rejiminə sahib olmaq, stressdən mümkün qədər uzaq olmaq beyin sağlamlığı üçün çox əhəmiyyətlidir.
Öz növbəsində bəzi qidalar psixoloji sağlamlığımızı qorumağa və yaxşılaşdırmağa kömək edir. Qidalanmamızda buraxdığımız səhvlər sinir sistemimizə də mənfi təsir göstərir.
Bəs hansı qidalar psixi sağlamlığımızı qoruyur, konsentrasiyamızı artırır, yaddaşımızı gücləndirir və bununla da həyat keyfiyyətimizi yaxşılaşdırır?
Hit.az həmin qidaların siyahısını təqdim edir:
Balıq
Omeqa-3 beyin sağlamlığı üçün çox vacibdir. Balıqlar arasında ən çox omeqa-3 ehtiva edən balıqlar- somon, siyənək, tuna balıqlarıdır. Bu balıqları həftədə ən azı iki dəfə yemək yaddaşınızı gücləndirəcək və sizi sonrakı yaşlarda demansdan qoruyacaq.
Yumurta
Yumurta beyinin inkişafı baxımından ən zəngin qidadır. Bundan əlavə, yumurtalarda olan amin turşuları hüceyrə funksiyası ilə qarşılıqlı əlaqədə olur və psixi və nevroloji pozğunluqların qarşısını almaq üçün neyrotransmitter balansını qoruyur. Həftədə ən az 3-4 dəfə yumurta yemək bu cəhətdən faydalıdır.
Göyərti növləri
Göyərti növləri yaddaşa birbaşa təsir edən fol turşusu ilə zəngindir. Bu cəhətdən göyərtinin istehlakı da vacibdir.
Həmçinin, psixoloji sağlamlığınızı qorumaq üçün alkoqoldan, çox duzlu qidalardan, hddindən artıq şəkərdən uzaq durmalısınız.
Aynur Əli