Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ortaq halal infrastrukturun qurulması təklif edilib.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda bildirib ki, ticarətdə texniki maneələrin aradan qaldırılması üçün İslam ölkələrinin standartları ilə birgə əməkdaşlıq qurulması fayda verəcək.
O deyib ki, ölkələrimiz arasında kənd təsərrüfatında aşkar edilməsi lazım olan ciddi bir potensial var.
Maraqlıdır, bu əməkdaşlıq hansı xeyirləri verə bilər?
İqtisadçı Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, əslində hər bir üzv ölkə ayrı-ayrılıqda
Ümumdünya Ticarət Təşkilatının üzvü olsa, daha yaxşı olardı:
"Türk dövlətləri və xalqlarının digər xalqlar bölümündən dini, milli, adət-ənənə fərqləri var. Türk dövlətlərinin birgə standartlar qəbul etməsi məqsədəuyğun məsələdir. Bununla yanaşı elə müsəlman ölkəsi var ki, mütərəqqi texnologiyalar, aqrotexniki qaydalar əldə edib, bunun da paylaşılmasında maraqlıdır. Türk dövlətləri özləri ayrı ayrılıqda Ümumdünya Ticarət Təşkilatının üzvü olsa, daha yaxşı olar. Bu da iqtisadi baxımdan bütövləşməkdə böyük rol oynaya bilər. Türk dövlətləri bu birliyin üzvlərini təşkilata qoşulmaqda təşviq etsə daha yaxşı olar. Azərbaycan da bu təşkilatın üzvü deyil. Üzvü olmaq Azərbaycan vətəndaşlarının xeyiri olardı".
Aynur Əli