Alimlər xərçənglə mübarizə üçün yeni üsulu sınaqdan keçirir

16:59 / 27.09.2023
386

İsveçrənin Cenevrə Universitetinin tədqiqatçıları elmi komandanın tərkibində genetik modifikasiya olunmuş hüceyrələr yaradıblar, onların stimullaşdırılması xərçəngin müəyyən növləri ilə mübarizədə kömək edə bilər. Belə hüceyrələrdə şişləri effektiv şəkildə tanımağa imkan verən immun yaddaş yaxşılaşır.

HİT.az xəbər verir ki, bu barədə "SciTechDaily" məlumat yayıb.

CAR-T hüceyrələri ilkin olaraq xərçəngdən əziyyət çəkən bir xəstədən alınan genetik cəhətdən dəyişdirilmiş T limfositləridir. Laboratoriyada T hüceyrələri çoxaldılır və modifikasiyadan sonra xəstəyə yenidən daxil edilir.

Oksigen olmadıqda, xərçəng hüceyrələri mürəkkəb sağ qalma mexanizminə müraciət edirlər - onlar qlutamini alternativ enerji mənbəyinə çevirir. Qlutamin bədənin bütün toxumalarında olan bir amin turşusudur. Amin turşularından enerji alınması prosesi reduktiv karboksilləşmə adlanır. Alimlər qeyd ediblər ki, T-limfositlər də bu mexanizmdən istifadə edir və bu da onların sürətlə çoxalmasına şərait yaradır.

Reduktiv karboksilləşmənin rolunu araşdırmaq üçün elm adamları dəyişdirilmiş CAR-T hüceyrələrində bu prosesin sürətini yavaşladıblar, sonra qan xərçəngi olan laboratoriya siçanlarına yeridilib. CAR-T hüceyrələri normal sürətlə çoxalmağa başlayıb, lakin onlar hücuma məruz qalmalı olan şiş elementlərinin yaddaşını daha yaxşı saxlaya biliblər. Modifikasiya edilmiş CAR-T hüceyrələri ilə enjekte edilmiş siçanlar faktiki olaraq xərçəngdən sağalıblar.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, orqanizmdə yaddaş hüceyrələri nə qədər çox olarsa, antitümör reaksiyası bir o qədər təsirli olur və klinik nəticə bir o qədər yaxşı olar.

Samir

0