Astrofiziklər Saturnun halqalarının mənşəyinin sirrini açdı

MARAQLI
22:39 / 27.09.2023
487

Durham və Qlazqo universitetlərinin britaniyalı alimləri Saturn planetinin halqalarının yaranmasının səbəblərini aşkar ediblər. Bununla bağlı suala 200 kompüter simulyasiyası seriyası cavab verib.

HİT.az xəbər verir ki, bununla bağlı məqalə "The Astrophysical Journal" (TAJ) elmi jurnalında dərc olunub.

Modelləşdirmə göstərib ki, qaz nəhəngi kəmərini təxminən 4,5 milyard il əvvəl 2 buzlu peykin toqquşması nəticəsində əldə edib. Göy cisimləri hissələrə səpələnib, onlardan cazibə qüvvələrinin təsiri altında halqa quruluşları əmələ gəlib.

"Biz Saturnun halqalarının əmələ gəlməsi fərziyyəsini sınaqdan keçirdik və tapdıq ki, buzlu peyklərin təsiri buz kəməri yaratmaq üçün kifayət qədər material çıxara bilər", deyə alimlər bildirib.

Saturn haqqında mövcud məlumatların əksəriyyəti Cassini kosmik gəmisinin missiyası sayəsində əldə edilib. Zondun ölçmələri göstərib ki, planetin halqaları demək olar tamamilə təmiz buzdan ibarətdir. 

Samir

0