Vardanyanın həbsi, "xunta rejimi"nin ləğvi: "Azərbaycanın qələbəsidir"

SİYASƏT
14:39 / 28.09.2023
551

"Lokal xarakterli antitterror tədbirlərindən sonra yekun nəticəni görməkdəyik".

Bunu Hit.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, seperatçı qurumun ləğvi Azərbaycanın qələbəsidir:

"Sepratçı qurumun ləğvi Azərbaycan ordusunun və ali siyasi rəhbərliyinin səriştəsi hesabına başa gəldi. Üstəlik, Azərbaycana ərazi iddiaları sürən şəxslərin həbsi də mühim addımdır. Vardanyanın Dövlət Təhlükəsizlik Xidmətinə gətirilməsi, əməliyyat istintaq tədbirləri ilə bağlı prosedurların aparılması qələbimizin göstəricisidir. Düşünürəm ki, regionda təhlükəsizlik sisteminin gücləndirilməsi və reinteqrasiya prosesi tezliklə yekunlaşacaq. Azərbaycan qarşıya qoyulan bütün məqsədlərə çatmaqda maraqlıdır. Çünki Azərbaycan beynəlxalq hüquqa söykənən ədalətli və haqlı mövqeyini davam etdirir" 

Qeyd edək ki, Qarabağdakı qondarma qurum özünü buraxıb.

Bu barədə özünü qondarma qurumun “prezidenti” adlandıran Samvel Şahramanyan “fərman” imzalayıb. "Fərman"a görə “Dağlıq Qarabağ Respublikası” adlanan xəyali qurum 1 yanvar 2024-cü ilə qədər tamamilə ləğv olunacaq. 

Aynur Əli

0