Yaponiyanın ən məşhur avtomobil istehsalçılarından olan "Mitsubishi" də Çinlə bağlı yeni qərar verib.
HİT.az xəbər verir ki, şirkət Çindəki istehsalını dayandıracağını açıqlayıb.
Buna səbəb olaraq satışların azalması göstərilib. Həmçinin, elektromobillərə getdikcə tələbatın artmasının da qərara təsir etdiyi vurğulanıb. "Mitsubishi Motors"-un bundan sonra Çində hansı fəaliyyəti göstərəcəyi ilə bağlı hələ ki, razılaşma əldə olunmayıb.
Qeyd edək ki, "Mitsubishi" keçən il Çində 32 mindən az avtomobil satıb. Bu isə 2021-ci illə müqayisədə təxminən 50% azalma deməkdir.
Pərviz