Havalar qeyri-stabil keçir? - AÇIQLAMA

ÖLKƏ
12:26 / 29.09.2023
685

Son günlərdə havaların qeyri-stabil keçdiyi müşahidə olunur.

Yəni həftənin bəzi günləri havanın temperaturu 27-28 dərəcə və hətta daha yuxarı olur. Bəzi günlər isə temperatur aşağı düşür, külək əsir, yağış yağır. Hətta havanın əvvəlki illərə nisbətən isti, bəzən də qeyri-stabil keçdiyi fikirlərini tez-tez eşidirik. İqlim dəyişikliyinin buna səbəb olduğu da deyilir.

Yəni havaların əvvəlki illərə nisbətən qeyri-stabil keçməsi nə ilə bağlıdır? Buna səbəb iqlim dəyişikliyidir?

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli HİT.az-a açıqlamasında bildirib ki, əslində havaların əvvəlki illərə nisbətən qeyri-stabil keçdiyini demək doğru deyil:

334737

"Çünki son 50, 60, hətta 100 ildə hiss olunmağa başlayıb ki, iqlimdə ciddi dəyişikliklər var. Amma bir ilin eyni günündə havanın isti, digər ilin həmin günündə soyuq olması iqlim dəyişikliyi demək deyil. Həmçinin, bir günün isti, digər günün yağmurlu olması da iqlim dəyişikliyinin səbəbi sayılmır. Təbii ki, iqlim dəyişikliyinin də buna təsiri var. Fəqət havanın bir gün isti, digər gün soyuq olması buna nümunə ola bilməz. Əgər sürətlə soyuma başa verərsə, o zaman bundan danışmaq olar".

Həmsöhbətimiz vurğulayıb ki, hava haqqında proqnozlar əvvəlcədən verilir:

"Meteoroloqlarımız beynəlxalq sistemə bağlıdırlar və atmosferdə gedən prosesləri izləyirlər. Proqnozlar 1 həftə və ya 10 gün öncədən dəqiq şəkildə verilir. Məsələn, elə illər var ki, avqust ayı yağmurlu keçib, digər illərdə isə həmin ayda heç yağmur olmayıb. Çünki mülayim subtropik qurşaqda avqust ayı quru iqlim dövrü hesab olunur. Bəzən anidən leysan yağışların falan olması tamam başqa bir hadisədir. Əlbəttə ki, onun da proqnozları verilir. 

Ümumiyyətlə, yağışları küləklər gətirir. Şimal küləyi qış vaxtlarında daha çox qar gətirir. Cəbub küləyi isə isti hava gətirir. Müxtəlif istiqamətlərdən gələn küləklər bu hava axınını atmosferdə gətirir. Məsələn, Aralıq dənizi havası bizə yayda isti, qışda isə yağmur gətirir".

Qorxmaz İbrahimli onu da diqqətə çatdırıb ki, hazırda havanın temperaturu Bakı üçün normaldır:

"Məsələn, bir gün havanın temperaturu 28 dərəcədə də ola bilər. Bu, sentyabr ayı üçün Bakıya xas istilikdir və müşahidə olunur. Gecənin qismən sərin, gündüzlərin daha isti keçməsi normal payız havasıdır. Buna normal yanaşmaq lazımdır. Amma ümumən iqlim dəyişikliyinin də təsiri var".

Pərviz

0