Bakıda kitabxana direktorunun kabineti soyuldu

HADİSƏ
22:22 / 29.09.2023
484

Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində olan Qaradağ rayon mərkəzləşdirilmiş kitabxanasından oğurluq olub. 

Qaynarinfo-nun məlumatına görə, 1981-ci il təvəllüdlü Bakı şəhər sakini Xəyyam Heydərov (ad-soyad şərti) pulu olmadığı üçün kitabxanın şüşə pəncərəsini yerdən tapdığı daş parçası ilə sındıraraq içəri daxil olub.

O, kitabxanının direktoru Dilarə Əzməmmədovaya məxsus 1298 manat dəyərində "HP” pro kompüter dəstini, 1977,68 manat "HP” notbukunu, 51,92 manat dəyərində "Panasonic” markalı telefonunu oğurlayıb. Xəyyam Heydərov direktorun otağından 743,40 manat dəyərində "Canon” markalı printeri də oğurlayıb, lakin kitabxanın həyətinə ataraq gedib.

Baş vermis hadisə nəticəsində kitabxanaya 4121 manat maddi ziyan dəyib.

Xəyyam Heydərov kitabxana direktorunun əşyalarını "Şamaxinka” adlanan ərazində yerləşən "EL-Telecom” mağazasına satıb. 

Məhkəmənin qərarı ilə Xəyyam Heydərov Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

0