Azərbaycan Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunur.
APA xəbər verir ki, dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Xarici kəşfiyyat idarəsinin rəisi Orxan Sultanov, ictimaiyyət nümayəndələri, döyüş yoldaşı və ailə üzvləri iştirak edir.
12.10
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi başa çatıb.
APA xəbər verir ki, vida mərasimində dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edib.
Onun nəşi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılır.
Qeyd edək ki, Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Uzun illər yeri müəyyən olunmayıb.
Bu il sentyabrın 18-də Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığını və müəyyən edildiyi açıqlanıb.
Vida mərasimində Milli Qəhrəmanın bacısı Mehriban Əhmədova deyib ki, Riad Qarabağda döyüş başlayandan evdə tapılmayıb:
"Onunu qatıldığı əməliyyatlar çox uğurlu keçirdi. Qardaşım ailəsini çox sevirdi. Biz hər səfə qapının zəngi çalınanda elə bilirdik odur. Lakin olmadı.Anamın gözü yolda qalaraq bu dünyadan köçdü. Ancaq Riad cismən bizimlə olmasa da, ruhən bizimlədir. Mən ilk növbədə Cənab Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə minnətdarlığımı bildirirəm".
10.46
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir.
APA xəbər verir ki, vida mərasimində dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edir.