Ailədaxili şiddətin səbəbləri: Zorakılıqlar niyə baş verir?

SOSİAL
22:47 / 30.09.2023
1240

"Şiddət təkcə çoxuşaqlı və zəif təminatlı ailələrdə baş vermir. Şiddətin müxtəlif səbəbləri var”.

 
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub deyib. O, son bir ildə Azərbaycanda boşanmaların sayının kəskin artdığını bildirib: 

"Bağlanan nikahların 40%-i boşanma ilə nəticələnib. Boşanan ailələrin bəzilərində uşaq da yoxdur, ortada şiddət, zorakılıq olur və ayrılma baş verir. Ümumiyyətlə, ailələrdə baş verən münaqişələrin müxtəlif səbəbləri var. Mənə görə ailələrdə baş verən zorakılıqların, xüsusu ilə kişilərin qadınlara zorakılığının yeganə səbəbi var - o da ailədə mənəvi tərbiyyənin aşağı olmasıdır”. 

Mail Yaqub qeyd edib ki, zorakılıqlar yüksək təminatlı ailələrdə də baş verir:

"Yəni, heç bir maddi problem olmayan ailələrdə zorakılıq, şiddət və münaqişə var. Deməli, şiddəti azaltmaq üçün nə etmək lazımdır? Ailə insitutu barədə təbliğat aparmaq lazımdır. Ailə niyə qurulur? Bu barədə təbliğat çox zəifdir. Nə internet platformalarında, nə televiziyalarda, nə də digər platformalarda bununla bağlı məlumat yoxdur”. 

Sosioloqun fikirincə, bəzən sosial səbəblər də münaqişələrə səbəb olur: 

"Məsələn, qadın sosial təminatı zəif görür, həyat yoldaşına etiraz edir. Həyat yoldaşı da əsəbiləşib onu döyür, təhqir edir, qadın zorakılığıa məruz qalır. Bu məsələnin bir hissəsidir, amma tam səbəb deyil. Bir sözlə, təbliğat yoxdur”. 

 

 

 

0