Kamran Əliyev axtarışda olan ermənilərə müraciət etdi: "Könüllü təslim olun"

SİYASƏT
10:58 / 01.10.2023
417

“Qarabağda 300-dən çox cinayət törətmiş erməni separatçısı beynəlxalq axtarışa verilib”.

HİT.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan erməni separatçıları tərəfindən törədilən cinayətlərin hamısı qeydə alınıb: 

“Tərəfimizdən həmin cinayətlərlə bağlı sübutlar toplanıb. Ümumilikdə belə 300 cinayət işi açılıb. 300-dən çox cinayət törətmiş şəxs beynəlxalq axtarışa verilib. Həmin işlərlə bağlı sübutlar var”.

Kamran Əliyev bildirib ki, başlanılan araşdırmalar 4 qrup üzrə aparılır:

"Birincisi I Qarabağ müharibəsi zamanı baş vermiş cinayətlərdir. İkincisi atəşkəs zamanı baş verən cinayətlərdir. Üçüncüsü Vətən müharibəsi zamanı baş vermiş cinayətlər daxildir. Dördüncü qrupa isə Vətən müharibəsi bitəndən sonra olan cinayətlər daxildir".

Baş prokuror cinayət törətdiyinə görə beynəlxalq axtarışa verilən ermənilərə müraciət edib:

“Onlara müraciət edirəm ki, könüllü şəkildə təslim olsunlar”.

Kamran Əliyev əlavə edib ki, axtarışda olan 4 nəfər artıq həbs edilib.

0