Bələdiyyə seçkiləri öncəsi şok: "Partiyadan ayrılaram..."

DÜNYA
16:24 / 02.10.2023
794

Türkiyədə gələn il keçiriləcək bələdiyyə seçkiləri öncəsində İYİ Partiyada şok gəlişmələr yaşanır.

HİT.az xəbər verir ki, İzmir Böyük Şəhər Bələdiyyəsinin sədrliyi üçün namizədliyi açıqlanan Ümid Özlalə ilə bağlı sürpriz iddia yayılıb. 

Hazırda onun namizədliyinin geri götürülə biləcəyi ehtimalı müzakirə olunmaqdadır. Özlalə isə namizdəliyinin bazarlıq predmeti olacağı təqdirdə, partiyadan ayrılacağını açıqlayıb. 

O, bu barədə "T24"-ə danışıb:

"Bu namizdəlik çox ciddidir. Əgər qarşıdakı zamanlarda İzmir müzakirə predmeti olsa və namizədlikdən geri çəkilməyim istənilsə, onda İYİ Partiyadakı bütün vəzifələrimdən ayrılaram".

Pərviz

0