“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC barəsində inzibati protokol tərtib olunub.
Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalat Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham olunur.
İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Məhkəmə baxışı hakim Hafiz Kamranovun sədrliyi ilə baş tututacaq.
430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Anar