Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
HİT.az xəbər verir ki, doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,8 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.