“Atlas Medical Center” cərimələnə bilər.
Hit.az xəbər verir ki, tibb ocağı barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati iş başlanıb.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.
469.2-ci maddədə fiziki şəxslərin 500 manat məbləğində, vəzifəli şəxslərin 1500 manat məbləğində, hüquqi şəxslərin isə 5000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
Anar