Narkotikə görə oğlunu itirən aktrisa: "Mən biabır olmadım" - VİDEO

MAQAZİN
21:36 / 03.10.2023
666

"O dərdi çəkmişəm. 46 yaşında oğlumu itirdim. Danimarkada, Kopenhagendə oxuyan, ingilis, ərəb, Danimarka dilini bilirdi. Alman dilini öyrənirdi. 5 il orada oxuyub gəldi Bakıya. Bilmirəm niyə, bəlkə mənim də günahım var idi. Amma başqa övladlarım da var, qanadıma almışam. Ətrafı, ən yaxın dostu onu etdi. Dəfələrlə qonaq etdi... Nə oldu? Qaraciyəri məhv oldu və dünyadan köçdü".

HİT.az Olay-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "Bizimləsən" verilişində dünyasını dəyişən oğlundan danışarkən deyib.

"Gənc yaşda yox, gec qurşanmışdı narkotikə. Ağlı olan insan onu əlinə alanda birinci ailəsini düşünməlidir. Gənclər, narkotiki sizə verən olanda, atmayın, düşünün. Düşünün ki, bunun arxasında nələr durur, evlər, pullar, həyat gedir, ailə biabır olur. Mən biabır olmadım".

 

0