İtaliya da Çin avtomobillərinə qarşı HƏRƏKƏTƏ KEÇDİ

10:14 / 04.10.2023
928

İtaliya da Çinin elektromobillərinə qarşı hərəkətə keçib.

HİT.az xəbər verir ki, İtaliya hakimiyyəti Çin avtomobillərinin həddindən artıq satılmasını əngəlləməyi hədəfləyir.

Sözügedən ölkədə artıq Çinin elektromobillərinin münasib qiymətə olma üstünlüyünü azaltmaq üçün yerli avtomobilləri satın almağa həvəsləndirmə planı nəzərdən keçirilir. Belə ki, İtaliyada istehsal olunan avtomobillərin satılması üçün təşviq proqramları həyata keçiriləcək. 

Bununla da İtaliyanın yeganə böyük avtomobil istehsalçısı "Stellantis" də daxil olmaqla, bütün yerli firmalarla avtomobil sənayesi üçün geniş və uzunmüddətli planı razılaşdırmaq məqsədi güdülür. İlin sonuna qədər davam edəcəyi gözlənilən danışıqlara İtaliyada yeni təşviq proqramları daxil olacaq.

Xatırladaq ki, Avropa İttifaqı Çin avtomobillərinin satışını azaltmaq üçün müxtəlif tədbirlər planı üzərində çalışır. Son olaraq Fransa hökumətinin də Çinə məxsus elektromobillərinin satın alma prosesini çətinləşdirən qərarlar qəbul etməyə çalışdığına dair xəbərlər yayılmışdı.

Pərviz

0