Siqaret qiymətləri nə üçün tez-tez qalxır? - AÇIQLAMA

İQTİSADİYYAT
11:54 / 04.10.2023
811

Azərbaycanda siqaret qiymətlərinin yenidən bahalaşacağı proqnozlaşdırılır.

Son zamanlarda siqaretlərin qiymətində tez-tez artım müşahidə edirik. Demək olar ki, bir neçə aydan bir sözügedən qiymətlərdə 10-20 qəpik bahalaşma olur.

Ümumiyyətlə, siqaret qiymətlərinin tez-tez qalxmasına səbəb nədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, siqaret qiymətlərinin qalxmasının bir neçə səbəbi var:

335069

"Bizdə yerli tütünçülük olmasına baxmayaraq, xaricdən də siqaret idxal olunur. Hətta bir çox yerli istehsalçılar sadəcə qablaşdırma ilə məşğuldurlar. Ona görə də birinci səbəb idxalın və siqaretin xam malının bahalaşmasıdır.   Həmçinin, daşıma xərclərinin də artmasını nəzərə almaq lazımdır. Bununla yanaşı, pulun da dəyərdən düşməsi əsas faktorlardan biridir. 

Hər il baş verən sürətli inflyasiya da manatı dəyərdən salır. Məsələn, ABŞ-da inflyasiya 4 faizdir, amma Azərbaycanda 11-12 faizdir. Yəni manat dəyərdən düşür və alıcıq qabiliyyəti azalır. Sahibkarlar isə daha çox pul qazanmaq üçün qiyməti qaldırırlar".

Ekspert qeyd edib ki, aksiz vergilərinin qalxması da siqaretlərin bahalaşmasına gətirib çıxarır:

"Ölkəmizdə rüsumlar və aksiz vergiləri zaman-zaman qalxır. Yəni bunların artması da siqaret qiymətlərinin də bahalaşmasına səbəb olur".

Pərviz

0