FTB ABŞ-da Tramp tərəfdarlarını izləməyə başlayıb

DÜNYA
21:39 / 04.10.2023
594

FTB qarşıdan gələn seçkilərlə əlaqədar ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarlarını gizli şəkildə izləyir. 

HİT.az xəbər verir ki, bu barədə “Newsweek” qəzeti məxfi məlumatlara istinadən yazır.

Məqalədə "FTB 2024-cü il seçkiləri yaxınlaşdıqca Tramp tərəfdarlarını hədəfə alır" deyə qeyd edilir.

Nəşrin yazdığına görə, ABŞ hakimiyyəti qarşıdan gələn prezident seçkiləri fonunda böyük iğtişaşlar təhlükəsinin o qədər böyük olduğunu düşünür ki, onlar gizli şəkildə Trampın ardıcıllarının da daxil olduğu yeni ekstremistlər kateqoriyası yaradıblar.

FTB nümayəndəsi jurnalistlərə agentliyin çətin vəziyyətdə olduğunu izah edib. Bir tərəfdən daxili terrorizmi dayandırmaq, digər tərəfdən isə ABŞ vətəndaşlarının konstitusion seçki kampaniyası aparmaq və hökuməti tənqid etmək hüququnu qorumaq lazımdır.

Samir

 

0