Qatarlar niyə 8 dəqiqə intervalla gecikir? - "Qapıları saxlayanda..."

İQTİSADİYYAT
16:50 / 04.10.2023
520

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Metropoliteninin "Nizami" stansiyasından "Elmlər Akademiyası"na hərəkət edən qatar 7:55 dəqiqə sonra gəlib. 

Bu səbəbdən sözügedən stansiyada sərnişinlərin sıxlığı yaşanıb. Bundan öncə də saytımıza intervalın bu qədər uzun olması barədə sərinişinlər tərəfindən şikayət daxil olmuşdu.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Hit.az-a açıqlamasında bunun səbəbini açıqlayıb. Onun sözlərinə görə, ehtiyat qatarları xətdən çıxanda belə gecikmələr ola bilir:

"Ehtiyat qatar müntəzəm xətdə olmur. O xətdən çıxanda belə olması mümkündür, Amma maksimum çalışırlar ki, bu da olmasın. Amma bəzən qapıları saxlayanda mümkün olmur. Monitorinq davamlı aparılır. Qərarlar da maksimum və texniki imkanlar daxilində operativ verilir. Amma ehtiyat qatarla bəzən başqa cür alınmır. Çünki bir qatar xətdən çıxarılırsa, digərləri yubadılmamalıdır ki, interval boşluğu yaranmasın. Amma təsəvvür edin ki, yarım dəqiqə qatar bir stansiyada saxladılanda, buna ayrılan xətlərdən sonra bəzən iki dəqiqə və daha çox təsiri olur. Fikir vermisinizsə, belə problemlər 28 May stansiyasından sonrakı sahələrdə olur. Hamısı da bundandır. Maksimum çalışdığımız da odur ki, ehtiyat qatarlar xətdə veriləndən sonra boşluq olmasın. O qatar xətdə olanda dispetçerlər bütün xətlərə mümkün qədər stansiyada qatarların yubanmamaması üçün dayanmadan komandalar verir".

Aynur Əli

335129

0