Günəş enerjisi ilə çalışan avtomobil istehsal olundu

AVTO
10:15 / 05.10.2023
1060

Günəş enerjisi ilə çalışan daha bir avtomobil istehsal olunub.

HİT.az xəbər verir ki, Niderlandın Eyndhoven Texnologiya Universitetinin tələbələri bu uğura nail olublar.

Onlar, günəş enerjisi ilə çalışan yeni avtomobil istehsal ediblər. Həmin avtomobil "Stella Terra" adlanır. 

Komfort olduğu deyilən avtomobil saatda 145 kilometr sürətə malikdir. Lakin günəşli günlərdə, tam enerji yığdığı zaman mənzili 630 kilometrə qədər çıxa bilir. Onun çəkisi isə təxminən 1200 kiloqramdır.

Avtomobil üzərindəki günəş panelləri sayəsində enerji yığır. Tələbələr mətbuata açıqlamalarında avtomobilin təxminən bütün detallarını özlərinin istehsal etdiklərini bildiriblər.

Xatırladaq ki, sözügedən universitetə məxsus "Solar Team Eindhoven" şirkəti 2021-ci ildə də günəş enerjisi ilə çalışan "Stella Vita"nı təqdim edib. Sözügedən avtomobil günəş enerjisi sayəsində Avropanın ən cənub ucuna doğru 2986 kilometr məsafə qət etmişdi. Yeni avtomobil isə bu ayın sonunda Mərakeşə doğru 1000 kilometrdən artıq məsafə qət edəcək. 

Pərviz

0