ABŞ Çinlə mübarizə aparmaq üçün Asiya ilə kəşfiyyat əməkdaşlığını genişləndirir

DÜNYA
11:15 / 05.10.2023
399

ABŞ prezidenti Co Baydenin administrasiyası Çinə qarşı mübarizə aparmaq üçün Asiya ölkələri ilə kəşfiyyat əməkdaşlığını genişləndirir.

HİT.az xəbər verir ki, "Bloomberg" bu barədə Amerika rəsmilərinə istinadən yazır.

Nəşr bildirir ki, ABŞ prezident administrasiyası Asiyada bir neçə ayrı, üst-üstə düşməyən tərəfdaşlıqlar inkişaf etdirir. Xüsusilə, söhbət QUAD qrupu (Avstraliya, Hindistan, Yaponiya və ABŞ-ı birləşdirən Dördtərəfli Təhlükəsizlik Dialoqu) ilə kəşfiyyat məlumatlarının bölüşdürülməsi sazişindən gedir. Şəbəkəyə həmçinin ABŞ, Cənubi Koreya və Yaponiya arasında üçtərəfli tərəfdaşlıq və ABŞ-Filippin-Yaponiya tərəfdaşlığı daxildir.

Mənbələr bildiriblər ki, Ağ Ev "Çinin onlayn əməliyyatlarına davamlılığı artırmaq” üçün Yaponiya, Hindistan və Vyetnam ilə ikitərəfli məlumat mübadiləsini artırmağı planlaşdırır.

Əvvəllər bildirilirdi ki, Vaşinqton Pekinə mikroçiplərin Çin ərazisinə ixracına nəzarət üçün görülən tədbirləri sərtləşdirmək niyyəti barədə bildiriş göndərib. Çinin Tailanddakı səfiri Han Ziqianq deyib ki, ABŞ Çini cilovlamaq üçün Asiya-Sakit Okean regionunda (APR) münaqişələri qızışdırır.

Samir

0