Moldova müxalifəti hökumətə etimadsızlıq səsverməsi keçidəcək

DÜNYA
12:51 / 05.10.2023
385

Moldovanın keçmiş prezidenti İqor Dodon müxalifətdə olan Sosialist Partiyasının ölkə parlamentində hökumətə etimad məsələsini qaldırmağa hazırlaşdığını açıqlayıb. 

HİT.az "Sputnik Moldova"ya istinadən xəbər verir ki, onun fikrincə, bu təşəbbüs kommunistlərin simasında müttəfiqləri tərəfindən dəstəklənməlidir.

“Bu gün deputatlarımız kommunistlərlə birlikdə baş nazir Dorin Rekan hökumətinə etimadsızlıq səsverməsi keçirəcəklər", deyə Dodon qeyd edib.

2020-ci ildə şərti olaraq Qərbyönlü Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maya Sandu Moldova prezidenti seçilib. Siyasi qüvvə bir il sonra növbədənkənar seçkilərdə parlamentdə çoxluq qazanmağa, Avropa İttifaqı və ABŞ-la yaxınlaşma siyasətini gücləndirməyə nail olub. 2022-ci ildə Moldova Ukrayna ilə birlikdə Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu alıb. Ukrayna münaqişəsi zamanı Kişinyov “Rusiya təhlükəsi” haqqında danışmağa və MDB ilə əlaqələri azaltmağa başlayıb. Xüsusilə, 2023-cü ilin mayında Sandu Rusiyanı Moldova hakimiyyətini devirmək cəhdində ittiham edib. Eyni zamanda, müxalifət, o cümlədən keçmiş prezident İqor Dodonun Sosialist Partiyası hesab edir ki, dövlət rəhbərliyi “Qərb kuratorlarının” sifarişi ilə hərəkət edir.

Samir

0