Son günlərdə Türkiyənin "Qalatasaray" klubunun yeni transferi Tetenin komandadan ayrıla biləcəyi iddia olunur.
HİT.az xəbər verir ki, Ukraynanın "Şaxtyor Donetsk" klubu artıq bununla bağlı şikayət də verib.
İstanbul klubunun prezidenti Dursun Özbək də məsələyə aydınlıq gətirib:
"Tete transferi üçün hüquqi olaraq icazə almışdıq. "Şaxtyor" futbolçusunu itirdiyi üçün belə edir. Amma Tete transferi leqaldır. Onsuz da elə olmasaydı, Türkiyə Futbol Federasiyası (TFF) buna icazə verməzdi".
Xatırladaq ki, "Şaxtyor Donetsk" Tete transferinə görə "Qalatasaray"dan 150 milyon avro təzminat tələb edib.
Pərviz