Ukrayna hakimiyyəti ABŞ-dan mümkün yardımın azaldılması səbəbindən çətin vəziyyətə düşüb.
HİT.az xəbər verir ki, bunu tarixçi Hal Brands "Bloomberg"ə yazdığı məqalədə qeyd edib.
"Ən əlverişli nəticə olsa belə, ABŞ-ın geri çəkilməsi Ukraynanı çıxılmaz vəziyyətə salacaq", deyə müəllif yazır.
Onun sözlərinə görə, ən pis halda bu, mövqelərin tədricən təhvil verilməsinə gətirib çıxaracaq və Kiyev Moskvadan əlverişsiz şərtlərlə sülh istəməli olacaq.
O, həmçinin bəyan edib ki, ABŞ Kiyevə dəstək verməsə, Ukrayna Silahlı Qüvvələri 2024-cü ildə hücum əməliyyatları keçirə bilməyəcək. Tarixçi vurğulayıb ki, Konqresin federal hökumətin fəaliyyətini dayandırmasının qarşısını ala bildiyi üçün ABŞ-ın 2024-cü ildə Ukraynaya dəstək verə bilməyəcəyi ehtimalı var.
Samir