İspaniya hakimiyyəti Ukraynaya pilotsuz təyyarələri məhv etmək üçün yeni hava hücumundan müdafiə sistemləri və silah sistemləri təklif edib.
HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İspaniyanın baş naziri Pedro Sançes Qranadada Ukrayna lideri Volodimir Zelenski ilə ikitərəfli görüş keçirib.
"Sançes Ukrayna prezidentinə yeni hava hücumundan müdafiə sistemləri və pilotsuz təyyarələrlə mübarizə təklif edib", deyə rəsmi məlumatda bildirilib.
Madrid həmçinin Kiyevə Ukrayna Silahlı Qüvvələrinin əsgərləri üçün ixtisaslaşdırılmış təlimlər və minalardan təmizləmə üçün yeni avadanlıq təklif edib.
İspaniyanın baş naziri ilə görüşdə Zelenski qış dövrünə qədər Ukraynaya enerji avadanlığının verilməsi, taxıl dəhlizinin işi və mühafizəsi məsələlərini müzakirə edib.
Samir