İsveçrənin Miqrasiya Katibliyi (SEM) Ukraynadan olan qaçqınların vətənlərinə könüllü qayıtmaları üçün onlara maliyyə yardımı təklif edə biləcəkləri konsepsiya hazırlayıb.
HİT.Az "SwissInfo"ya istinadən xəbər verir ki, SEM hər bir şəxsə 4,4 min dollara qədər ödəməyə hazırdır.
İsveçrə səlahiyyətliləri ölkədə qalan 70 min ukraynalı qaçqının təxminən 80%-nin öz istəkləri ilə Ukraynaya qayıtmağı seçəcəyini gözləyirlər. Qalan 20%, yəni təqribən 14 min nəfər miqrasiya S statusunun müddəti 2024 və ya 2025-ci ildə bitdikdən sonra da İsveçrədə qalacaq.
İsveçrə Ukraynada münaqişə başlayandan sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edib. İyun ayında İsveçrə parlamenti ölkədə istehsal olunan silah və sursatların beynəlxalq özünümüdafiə hüququna uyğun hərəkət etdiyi halda, silahlı münaqişələrdə iştirak edən ölkələrə ixracına icazə verən düzəlişi dəstəkləyib. Sentyabrda İsveçrə artıq Ukraynanı belə tanklarla təchiz etmiş Almaniyaya 25 "Leopard 2" tankının satışını təsdiqləyib.
Samir